“Qarabağ” klubu cərimələndi, məşqçi cəzalandırıldı

“Qarabağ” klubu cərimələndi, məşqçi cəzalandırıldı
  • İDMAN

AFFA-nın İntizam Komitəsi "Qarabağ” klubunun məşqçisi Ruben Sellesi cəzalandırıb.

Aktual.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, buna Azərbaycan Premyer Liqasının XIV turunda "İnter”lə evdə keçirilən oyunda Ruben Sellesin texniki zona qaydalarını pozması səbəb olub.

Məşqçiyə bir oyunluq cəza verilib. Klub isə 800 manat cərimələnib.

Həmin turda "Qəbələ” və "Kəpəz” komandaları arasında keçirilmiş oyunda Gəncə təmsilçisinin futbolçusu Renan Da Silva ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu isə 200 manat ziyana düşüb.
 
Aktual.az
Xəbər 473 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR