“Qarabağ” azarkeşlərinə müraciət etdi

“Qarabağ” azarkeşlərinə müraciət etdi
  • İDMAN


"Qarabağ" klubu Çempionlar Liqasının qrup mərhələsinin II turunda İtaliya "Roma"sı ilə keçirəcəyi oyun ərəfəsində azarkeşlərə yenidən müraciət edib.

Aktual.az  klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, müraciətdə Bakı Olimpiya Stadionunun qapılarının matçın başlamasına 3 saat qalmış açılacağı bildirilir.
Xahiş olunur ki, tamaşaçılar yarana biləcək anşlaqın qarşısını almaq üçün qapıların açılma saatından etibarən gələrək tribunada yerlərini tutsunlar.
Qeyd edək ki, "Qarabağ" - "Roma" oyunu saat 20:00-da başlanacaq.



Aktual.az

Xəbər 412 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR