“Qara bazar”da dollar ucuzlaşıb – QİYMƏT

“Qara bazar”da dollar ucuzlaşıb   – QİYMƏT

Banklar tərəfindən dolların satışının məhdudlaşdırılması nəticəsində dollar kütləsinin alınıb-satıldığı “qara bazarda” məzənnələr bir qədər azalıb. 

Aktual.az  xəbər verir ki, Fins.az-ın məlumatına görə, ötən həftənin sonunda (sentyabrın 2-də) “qara bazar”da dolların satış qiyməti 1,82 manat olduğu halda, istirahət günləri bu qiymət bir qədər də yüksələrək 1,83 manata çatıb.

Dolların alış qiyməti isə sentyabrın 2-dəki 1,78 manatdan, sentyabrın 3-4-də 1,81 manata qalxıb. Amma bazar ertəsi dolların qara bazarda da cüzi ucuzlaşmasmı baş verib. Hazırda qeyri-rəsmi bazarda dollar 1,78 manata alınır, 1,81 manata satılır.

Xəbər 786 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR