“Qara bazar”da dollar ucuzlaşdı

“Qara bazar”da dollar ucuzlaşdı

Qeyri-qanuni bazarda dollar banklardan ucuz satılır.

“Qara bazar”da dolların satış kursu bir gün ərzində 16 qəpik düşüb. 

Aktual.az  Fins.Az-a istinadən xəbər verir ki, hazırda qeyri-qanuni bazarda dollar 1,6800-1,6900 manata satılır. Halbuki, əksər banklarda dolların satış kursu 1,7000-dən yuxarıdır.

Bank üzrə ekspert Ramin Rəhimovun fikrincə, banklardan “qara bazar”a ötürülən dollar kütləsi ölkədə bu valyutanın satışının bahalaşmasına və süni qıtlığa səbəb olmuşdu.

Mərkəzi Bankın dövriyyədə dollar kütləsini artırmaq üçün hərraca daha çox vəsait çıxartması isə məzənnəyə dərhal təsir göstərdi. Qeyd edək ki, sentyabrın 8-də keçirilən hərracda Neft Fondu 200 milyon, Mərkəzi Bank isə 100 milyon çıxartmaqla ümumilikdə 300 milyonla iştirak etdi. 

Xəbər 490 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR