Qadın hərbçimiz dünya çempionu olub

Qadın hərbçimiz dünya çempionu olub

Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının "N" saylı hərbi hissəsinin giziri Günay Əliyeva Kempo Karate və Kobudo üzrə dünya çempionatının qalibi olub.

Daxili İşlər Nazirliyindən Aktual.az-a verilən xəbərə görə, artıq 12 ildir ki, idmanın Karate növü ilə məşğul olan "birinci dan qara kəmər” ustası olan xanım hərbi qulluqçu mayın 4-dən 7-nə kimi Ukraynanın Xarkov şəhərində təşkil olunmuş Kempo Karate və Kobudo üzrə dünya çempionatından iştirak edərək qalib gəlib.

2008-ci ildə Asiya çempionu adını qazanan Günay Əliyeva, 2011-ci ildə Gürcüstanda keçirilən kinq-boksinq üzrə çempionatda Zaqafqaziya çempionu adını, həmin ildə Ukraynada keçirilən Dünya çempionatında isə 3-cü yeri qazanıb.
 
Aktual.az
Xəbər 569 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR