Qadın güləşçilərin reytinq siyahısı açıqlanıb

Qadın güləşçilərin reytinq siyahısı açıqlanıb
  • İDMAN

Dünya Güləş Birliyi ötən ilin yekunlarına əsasən qadın güləşçilərin 2017-ci il üçün ilk reytinq siyahısını açıqlayıb. 

Aktual.az Report-a istinadən xəbər verir ki, reytinq siyahısında Azərbaycanın 7 güləşçisinin adı var.
Onlardan 3-nün adı onluğa daxil edilib.

Ən yüksək göstərici 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında 48 kq çəkidə gümüş medal qazanan Mariya Stadnikdədir. O, reytinqdə də ikinci sırada qərarlaşıb.

Olimpiadanın bürünc medalçısı Nataliya Sinişin (53 kq) reytinqdə 4-cüdür. Olimpiadanı 5-ci sırada tamamlayan Yuliya Ratkeviç (58 kq) isə reytinqdə 6-cı pillədədir. 
 
Aktual.az
Xəbər 646 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR