Putin Türkiyəyə səfir təyin etdi

Putin Türkiyəyə səfir təyin etdi

Rusiya prezidenti Vladimir Putinin fərmanı ilə Aleksey Yerxov Türkiyəyə yeni səfir təyin edilib.

"Report” xəbər verir ki, bu haqda Rusiya hökumətinin rəsmi saytı məlumat yayıb.
Xatırladaq ki, bir müddət əvvəl Türkiyə KİV-i A.Yerxovun səfir təyin ediləcəyi haqqında məlumat yaymışdı. 
Qeyd edək ki, o, bu təyinatadək Rusiya Daxili İşlər Nazirliyi Böhran Mərkəzi İdarəsinin rəisi olub. O, həmçinin Rusiyanın İstanbuldakı baş konsulu işləyib.
 
Aktual.az
Xəbər 361 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR