Putin Təhlükəsizlik Şurasında - Qarabağı müzakirə etdi

Putin Təhlükəsizlik Şurasında   - Qarabağı müzakirə etdi

Rusiya prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə müşavirəsində Dağlıq Qarabağ münaqişəsinə toxunub. 

Aktual.az-ın ans press-ə istinadən məlumatına görə, bu barədə Vladimir Putinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.

Peskov bildirib ki, müşavirədə Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko, Dövlət dumasının sədri Sergey Narışkin, Təhlükəsizlik şurasının katibi Nikolay Patruşev, Daxili İşlər Nazirliyinin başçısı Vladimir Kolokolsev, Federal Təhlükəsizlik Xidmətinin başçısı Aleksandr Bortnikov, Xarici Kəşfiyyat Xidmətinin direktoru Mixail Fradkov iştirak edib.

"Müşavirə zamanı daxili, beynəlxalq məsələlərlə yanaşı, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində Rusiya tərəfinin göstərdiyi səylər də müzakirə olunub”, - deyə Peskov bildirib. 

Cəbhə xəttində vəziyyət gərginləşəndən sonra Rusiya Qarabağ münaqişəsinin həlli ilə bağlı səylərini artırıb. Aprelin 5-də atəşkəsin əldə olunmasında da Rusiyanın çox böyük rolu olub.

Azərbaycan və Ermənistanın yüksək rütbəli hərbçiləri Moskvada görüşərək atəşkəs razılaşması əldə ediblər. Həmçinin atəşkəsdən sonra Rusiya prezidenti Vladimir Putin Azərbaycan və Ermənistan prezidentlərinə zəng edib. Gərginlikdən sonra Rusiyanın baş naziri Dmitri Medvedev, müavini Dmitri Roqozin və xarici işlər naziri Sergey Lavrov Azərbaycana səfərə gəliblər. Onların hər biri Bakıda Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər. 

Xəbər 615 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR