Putin əvvəlcə Bakıya, sonra İrəvana gedəcək – Yeni iddia

Putin əvvəlcə Bakıya, sonra İrəvana gedəcək   – Yeni iddia

Rusiya prezidenti Vladimir Putinin Azərbaycana səfərinin vaxtı müəyyənləşib.

Aktual.az AzNews.az-a istinadən xəbər verir ki, “İnterfaks-Azərbaycan”ın məlumatına görə, səfər may ayının sonlarına qədər baş tutacaq. “Böyük ehtimalla, səfərin məqsədi Azərbaycan rəhbərliyi ilə Ermənistan-Azərbaycan münaqişəsinin həlli yollarını, həmçinin son zamanlar Azərbaycan- Ermənistan qoşunlarının təmas xəttində yaranmış vəziyyəti müzakirə etməkdir”, -deyə mənbə bildirib.

Onun sözlərinə görə, Putinin İrəvana səfər edəcəyi də istisna edilmir.

Qeyd edək ki, bir müddət öncə Rusiya prezidentinin Bakıya təcili səfər edəcəyi barədə məlumat yayılmışdı.

Xəbər 631 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR