Putin canlı yayımda Qarabağdan danışdı: “Hər şey edəcəyik”

Putin canlı yayımda Qarabağdan danışdı:   “Hər şey edəcəyik”

Dağlıq Qarabağ münaqişəsini həlli yolları beynəlxalq təşkilatlar və münaqişə tərəfləri ilə birgə tapılamalıdır.

Aktual.az AzNews.az-a istinadən xəbər verir ki, bu sözləri Rusiya prezidenti Vladimir Putin canlı yayımda Dağlıq Qarabağ münaqişəsiylə bağlı suala cavab verərkən deyib. O, bu problemin həllinə həssas yanaşılmalı olduğunu vurğulayıb: “Bu, çox həsas məsələdir. Ona görə də, bu məsələyə həkim həssalığı ilə, ziyan vurmadan, ehtiyatla yanaşamalıyıq. Bu, qədim problemdir, qədim münaqişədir. Münaqişə uzun müddət donmuş vəziyyətdə idi. Lakin təəssüf ki, son günlərdə vəziyyət gərginləşdi. Münaqişəni həll etmək üçün hər şey edəcəyik. Problemi həll etmək üçün üzunmüddətli həll planı lazımdır. Bəlkə də, çox işlənmiş ifadədir, lakin kompromis tapılmalıdır. Bir neçə il əvvəl bu kompromisi tapmağa yaxınlaşmışdıq. Amma göründü ki, bu, bizdə alınmayıb. Həll yollarını tapmaq üçün beynəlxalq təşkilatlarla birgə çalışacağıq”.

Rusiya prezidenti Qarabağ münaqişəsinin həllində maraqlı olduqlarını vurğulayıb: “Rusiya bu məslənin həllində maraqlıdır. Rusiya ərazisində çox sayda erməni və azərbaycanlı yaşayır. Bu say milyonlara bərabərdir. Şükür Allaha ki, burada - Rusiya ərazisində problem yaşamırlar. Mən münasibətləri yaxşı olan erməni və azərbaycanlılar tanıyıram. Rusiya münaqişənin həlli üçün əlindən gələn töhfəsini verməyə davam edəcək. Lakin həll yolları son nəticədə Ermənistan və Azərbaycan xalqları ilə birgə tapılmalıdır”, - deyə Putin qeyd edib.

Xəbər 618 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR