Putin ABŞ və Fransa prezidentlərinə zəng edəcək - Qarabağa görə

Putin ABŞ və Fransa prezidentlərinə zəng edəcək   - Qarabağa görə

Rusiya prezidenti Vladimir Putin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı ABŞ və Fransa prezidentlərinə zəng edəcək.

Aktual.az xəbər verir ki, bu barədə “RİA Novosti” Kremldəki mənbəyə istinadla xəbər yayıb.

Mənbənin məlumatına görə, Putin iyunun 20-də Sankt-Peterburqda Azərbaycan və Ermənistan prezidentləri ilə keçirdiyi görüşün nəticələri haqda yaxın günlərdə Minsk Qrupunun digər həmsədr ölkələrini də məlumatlandıracaq.

“Bizim rəhbər Minsk Qrupunun həmsədrlərini Piterdə İ.Əliyev və S.Sarkisyanla keçirdiyi görüşün nəticələri haqda məlumatlandıracaq. Bu, yaxın günlərdə olacaq. Dövlət başçısı həmkarlarına zəng edəcək”.

Rusiya prezidenti Vladimir Putinin iştirakı ilə Azərbaycan və Ermənistan prezidentləri arasında görüş iyunun 20-də keçirilib.

Görüşün nəticələrinə dair yayılan birgə bəyanata əsasən, tərəflər atəşkəsin monitorinqinin gücləndirilməsi üçün ATƏT sədrinin şəxsi nümayəndəsinin səhra köməkçilərinin sayının artırılması, münaqişənin həllinə dair danışıqların intensivləşdirilməsi barədə razılığa gəliblər. //Anspress.com 



Xəbər 426 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR