"Problemli kreditlərlə bağlı Fərman mühüm addımdır" – Qənirə Paşayeva


Vətəndaşların problemli kreditləri ilə bağlı məsələni Milli Məclisdə qaldıran bir millət vəkili olaraq cənab Prezidentin vətəndaşların problemli kreditləri probleminin həll edilməsi ilə bağlı tapşırıqlar vərəcəyinə inanırdım. 

Demək olar ki hər ay vətəndaşlardan problemli kreditlərlə bağlı məktublar alırdıq, onlarla görüşlərdə bununla bağlı müraciətləri olurdu və mənə müraciət edən vətəndaşlar hər zaman cənab Prezidentin onların bu problemini həll edəcəyinə inandıqlarını bildirirdilər. Cənab Prezidentin problemli kreditlərin həllinə yönələn Fərmanı çox önəmli addımdır və bu Fərmana görə özümün və seçicilərimin adından cənab Prezidentə təşəkkürümü bildirirəm. Cənab Prezidentin fiziki şəxslərin problemli kreditləri ilə bağlı əlavə tədbirlər haqqında Fərmanı yüzlərlə insanların problemini köklü şəkildə həll etmək imkanı verməklə yanaşı, onların sosial vəziyyətinə də müsbət təsir edən çox mühüm bir addımdır.
 
Aktual.az
Xəbər 229 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR