Problemli kreditlərin həcmi rekord həddə

Problemli kreditlərin həcmi rekord həddə

Azərbaycanda vaxtı keçmiş kreditlərin ümumi həcmi 2016-cı il oktyabrın 1-nə 1 597,3 mln. manat təşkil edib və bununla da yeni tarixi rekord müəyyənləşdirib.

"Report" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, sentyabrın 1-i ilə müqayisədə 0,3% və yaxud 4,4 mln. manat çoxdur.

Problemli kreditlər ilin əvvəlinə nisbətən 5,9%, illik müqayisədə isə 18% artıb.
Sentyabrın sonunda vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində payı 9,5% olub. Bu nisbət avqustun sonunda da 9,5%, 2015-ci ilin sonunda 6,9%, ötən ilin sentyabr ayının sonunda isə 7,1% olub.
 
Aktual.az
Xəbər 363 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR