Problemli kreditlər rəsmi rəqəmdən - 3 dəfə çoxdur

Problemli kreditlər rəsmi rəqəmdən   - 3 dəfə çoxdur

Moody`s – beynəlxalq kredit reytinqi agentliyi Azərbaycan banklarında vaxtı keçmiş krditlərin payının 20% ətrafında olduğunu hesab edir.

Aktual.az Fins.az-a  istinadən xəbər verir ki, qurumun açıqlamasında bildirilir ki, manatın təkrar devalvasiyası və iqtisadi geriləmə bank sektorunun sabitliyinə təhlükə yaradıb. Bu isə öz növbəsində problemli kreditlərin həcmini sürətlə artırır. 

Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankının fevral ayının yekununa əsasən açıqladığı statistikaya görə, ölkədə vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində payı 6,5% təşkil edib. 

Göründüyü kimi rəsmi rəqəm “Mood’s”un açıqladığı rəqəmdən təxminən 3 dəfə azdır.

Xəbər 453 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR