Prezidentliyə namizəd siyahıdan çıxarıldı, həbs olundu – FOTO

Prezidentliyə namizəd siyahıdan çıxarıldı, həbs olundu – FOTO
  • DÜNYA

Misirdə prezidentliyə namizədliyini irəli sürmüş Sami Anan iddiaçıların siyahısından çıxarılaraq həbs edilib.

"Report” "Haberturk”ə istinadən xəbər verir ki, bu haqda Milli Seçki Komissiyası qərar qəbul edib.
Komissya bunu Sami Ananın hərbi titul daşıması ilə əlaqələndirib.
O, Hüsnü Mübarəkin prezidentliyi dövründə Misir Silahlı Qüvvələri Baş Qərargahının rəisi olub. S.Anan namizədliyinin ləğv edilməsinə münasibət bildirərək deyib: "Bu, böyük cinayət və hüququn pozulmasıdır”.
Qeyd edək ki, Misir prezidenti Əbdülfəttah əs-Sisi qarşıdan gələn prezident seçkisində namizədliyini irəli sürəcək.
Ölkədə prezident seçkisinin birinci turu bu il martın 26-28-də, ikinci turu isə aprelin 24-26-da keçiriləcək. Namizədlər yanvarın 20-29-da ərizələrini təqdim etməlidirlər.
Əs-Sisi Misirə 2014-cü ildən rəhbərlik edir. O, bu postda devrilmiş və hazırda həbsdə olan Məhəmməd Mursini əvəz edib.
Xəbər 405 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR