Prezidentliyə namizəd Razi Nurullayev Qaraçuxurda seçicilərlə görüşdü - FOTOLAR

Prezidentliyə namizəd Razi Nurullayev Qaraçuxurda seçicilərlə görüşdü - FOTOLAR

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri, "Cəbhəçilərin Təşəbbüs Qrupu”nun prezidentliyə namizədi Razi Nurullayev seçkiqabağı təşviqat kampaniyası çərçivəsində növbəti görüşünü bu gün Suraxanı rayon Qarxaçuxur qəsəbəsində keçirib.
 
Prezidentliyə namizəd Razi Nurullayevin seçicilərlə görüşü Qaraçuxur qəsəbə Mədəniyyət Sarayında baş tutub. Görüş dövlət himninin səsləndirilməsi ilə başlayıb. Tədbirin girişində seçicilərə prezidentliyə namizəd Razi Nurullayevin tərcümeyi halı haqqında qısa məlumat verilib. Tədbirdə çıxış edən Razi Nurullayev seçki proqramında yer alan məsələlər haqqında danışıb. R.Nurullayev xüsusilə seçkilərdə iştirakın, iqtidar-müxalifət münasibətlərinin sivil qaydada qurulmasının vacibliyini vurğulayıb. Əhalinin sosial problemlərinə toxunan prezidentliyə namizəd Razi Nurullayev əhalinin rifah halının yüksəldilməsi üçün seçki proqramında yer alan məsələləri görüş iştirakçılarının diqqətinə çatdırıb. Seçicilərin diqqətini çəkən kreditlərin bağışlanması, hər ailəyə biznes qurmaq üçün 10 min manatın verilməsi kimi məsələlərə toxunan Razi Nurullayev, bu proqramın həyata keçirilməsi üçün nəzərdə tutulan mexanizmlərə aydınlıq gətirib. Sonda prezidentliyə namizəd Razi Nurullayev seçicilərin problemlərini dinləyib, suallarını cavablandırıb.





Xəbər 499 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR