Prezidentlərin görüşü saat 7-dən sonraya qaldı

Prezidentlərin görüşü saat 7-dən sonraya qaldı

Ermənistan prezidenti Serj Sarkisyan bu gün Bakı vaxtilə saat 19:00-da Vyanada Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini, daha sonra isə ABŞ dövlət katibi Con Kerri ilə görüşəcək.

AzVision.az erməni KİV-nə istinadən xəbər verir ki, məlumata əsasən bu görüşlərdən sonra Serj Sarkisyanın Azərbaycan prezidenti İlham Əliyevlə görüşüb-görüşməyəcəyi dəqiqləşəcək.

Federika Mogerini isə bu dəqiqələrdə “Twitter” səhifəsində yazıb ki, axşam saatlarında Azərbaycan və Ermənistan prezidentlərinin görüşü baş tutacaq.

O, hazırda Liviya üzrə danışıqların keçirildiyini, axşam Ermənistan və Azərbaycan prezidentlərinin görüşünün, sabah isə Suriyaya Beynəlxalq dəstək qrupunun iclasının keçiriləcəyi haqda məlumat verib.

Qeyd edək ki, bu gün Avstriyanın paytaxtı Vyanada Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanın görüşünün keçiriləcəyi gözlənilir.

Görüşdə Rusiya və Fransa xarici işlər nazirləri Sergey Lavrov, Jan-Mark Ero və ABŞ dövlət katibi Con Kerrinin də iştirak edəcək.

Hazırda XİN rəhbərləri Vyandadırlar.

Xəbər 504 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR