“Vyanada Azərbaycan və Ermənistan prezidentlərinin iyun ayında görüşünün təşkili qərara alınıb. Görüşün nə vaxt və harada keçirilməsi barədə tərəflər özləri razılığa gəlməlidir”.
AzVision.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu Rusiya XİN-nin sözçüsü Mariya Zaxarova deyib.
“Azərbaycan və Ermənistan prezidentlərinin Dağlıq Qarabağ üzrə növbəti görüşünün dəqiq tarixi hələ məlum deyil. Ümid edirik ki, tarix və detallar razılaşdırıldıqdan sonra onlar müvafiq bəyanat verəcəklər. Azərbaycan və Ermənistan prezidentlərinin görüşü barədə tərəflər özləri razılığa gəlməlidir. Bundan sonra görüşün tarixi, yeri, müzakirə olunacaq məsələlər barədə məlumat veriləcək”-deyə o, əlavə edib.