Prezidentlər Bakıya gələcək

Prezidentlər Bakıya gələcək

2016-cı ilin 25-27 aprel tarixlərində Bakıda keçiriləcək Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunda iştirak etmək üçün Malta Prezidenti Mari-Luiz Koleyro Preka və Makedoniya Prezidenti George İvanov da Bakıya gələcək.


Aktual.az AzNews.az-a istinadən xəbər verir ki, bu barədə  Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib.

Qeyd edək ki, ümumilikdə üç gün müddətində yüksək rəsmilərin toplantısı, 30-a yaxın sessiya keçirilməsi nəzərdə tutulub. BMT SA-nın yüksək səviyyəli toplantısında Bakı Bəyannaməsinin qəbul edilməsi planlaşdırılır.

Azərbaycan Prezidentinin 2015-ci ilin 24 iyul tarixli sərəncamına əsasən BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun 25-27 aprel 2016-cı il tarixində Bakıda keçirilməsi ilə bağlı Təşkilat Komitəsi yaradılıb. 

Xəbər 627 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR