Prezident Zabit Səmədovla görüşdü - VİDEO

Prezident Zabit Səmədovla görüşdü   - VİDEO
  • İDMAN

Prezident İlham Əliyev Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən XXXI Yay Olimpiya Oyunlarında iştirak etmiş idmançılarla və onların məşqçiləri ilə dünənki görüş çərçivəsində dünya çempionumuz Zabit Səmədovla görüşüb.

Aktual.az-ın məlumatına görə, bu barədə idmançı özünün feysbuk səhifəsində yazıb. Qroznıda Rusiya Federasiyasının Çeçenistan Respublikasının ilk prezidenti Əhməd Kadırovun xatirəsinə həsr olunmuş peşəkar kikboksinq turnirində qalib gələrək dünya çempionu titulu qazanan “WBC Muaythai” versiyası üzrə dünya çempionu Zabit Səmədov görüşlə bağlı öz təəssüratlarını bölüşüb.

“Dostlar, bu gün vacib hadisə baş tutdu. Nəhayət ki, mən Azərbaycan Respublikasının prezidenti İlham Əliyevlə görüşmək şərəfinə nail oldum. Mən vətənpərvərəm, xalqıma, prezidentimizə, müdrik siyasətinə dərin hörmətlə yanaşıram. Gələcək döyüşlərdə də xalqımın və ölkəmin şərəfini qoruyacağam”, - deyə Z. Səmədov qeyd edib.

Görüşdən çəkilmiş görüntüləri təqdim edirik:

Xəbər 3843 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR