Prezident yeni cərimələri təsdiqlədi - 10 min manata kimi...

Prezident yeni cərimələri təsdiqlədi   - 10 min manata kimi...

Prezident İlham Əliyev əqdlərin bağlanması qaydalarının pozulmasına görə cərimələrin qüvvəyə minməsi haqda fərman imzalayıb.

Aktual.az xəbər verir ki, fərmanda deyilir:

“Maddə 438. Hüquqi şəxslərə aidiyyəti olan şəxslərlə əqdlərin bağlanması qaydalarının pozulması, həmçinin belə əqdlərlə əlaqədar qanunla müəyyən edilmiş qaydada məlumatların təqdim edilməməsi

438.1. Banklara və bank olmayan kredit təşkilatlarına aidiyyəti olan şəxslərlə əqdlərin bağlanması qaydalarının pozulmasına, həmçinin belə əqdlərlə əlaqədar qanunla müəyyən edilmiş qaydada məlumatların təqdim edilməməsinə görə -vəzifəli şəxslər iki min manatdan iki min beş yüz manatadək miqdarda, hüquqi şəxslər on beş min manatdan iyirmi min manatadək miqdarda cərimə edilir.

438.2. Səhmdar cəmiyyətlərinə aidiyyəti olan şəxslərlə əqdlərin bağlanması qaydalarının pozulmasına, həmçinin belə əqdlərlə əlaqədar qanunla müəyyən edilmiş qaydada məlumatların təqdim edilməməsinə görə - vəzifəli şəxslər min manatdan min beş yüz manatadək miqdarda, hüquqi şəxslər on min manatdan on beş min manatadək miqdarda cərimə edilir.

438.3. Digər hüquqi şəxslərə aidiyyəti olan şəxslərlə əqdlərin bağlanması qaydalarının pozulmasına, həmçinin belə əqdlərlə əlaqədar qanunla müəyyən edilmiş qaydada məlumatların təqdim edilməməsinə görə -vəzifəli şəxslər beş yüz manatdan min manatadək miqdarda, hüquqi şəxslər beş min manatdan on min manatadək miqdarda cərimə edilir”. 

Xəbər 979 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR