Prezident SOCAR ilə bp arasında uğurlu əməkdaşlıqdan DANIŞDI

Prezident SOCAR ilə bp arasında uğurlu əməkdaşlıqdan DANIŞDI

Prezident İlham Əliyev fevralın 3-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində keçirilən nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarında çıxışında beynəlxalq maliyyə təsisatları ilə bərpa olunan enerji sahəsində əməkdaşlıq məsələlərindən də bəhs edib.

Aktual.az xəbər verir ki, iclasda maliyyə təsisatlarının təmsil olunduqlarını vurğulayan dövlətimizin başçısı deyib: 
"Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bakı, Asiya İnfrastruktur və İnvestisiya Bankı, Asiya İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası və digər maliyyə qurumları bizimlədir. Ümid edirik ki, məhsuldar əməkdaşlığımızı bərpa olunan enerji sahəsində də davam etdirəcəyik”.
Prezident İlham Əliyev, həmçinin SOCAR ilə bp arasında uğurlu əməkdaşlığa da toxunub: 
"Dövlət Neft Şirkəti və bp artıq 30 ildir ki, strateji münasibətlərə malikdirlər. Bu, sonrakı 30 il ərzində də belə olacaq”.

Xəbər 242 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR