Prezident Sabirabadda müşavirə keçirir - Yenilənib

Prezident Sabirabadda müşavirə keçirir   - Yenilənib

Sentyabrın 17-də Sabirabadda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsi keçirilir.

Dövlətimizin başçısı müşavirədə nitq söyləyir.

***

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 17-də Sabirabad rayonuna səfərə gəlib.


Aktual.az-ın  məlumatına görə, dövlət başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Sabirabad şəhərinin mərkəzi meydanındakı abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.

Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov Prezident İlham Əliyevə meydanda və rayonda görülən abadlıq-quruculuq işləri barədə məlumat verib.

Prezident İlham Əliyev Sabirabad rayonunda Sosialist Əməyi Qəhrəmanı Fatma Hüseynovanın pambıq əkini sahəsində olub, pambıqçılarla görüşüb və söhbət edib.

Xəbər 601 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR