Prezident İlham Əliyev fələstinli həmkarını təbrik etdi

Prezident İlham Əliyev fələstinli həmkarını təbrik etdi

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Fələstin Dövlətinin prezidenti Mahmud Abbasa təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir: 

"Hörmətli cənab prezident,

Ölkənizin milli bayramı - Fələstin Dövlətinin elan edilməsi günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Əminəm ki, Azərbaycan-Fələstin münasibətləri bundan sonra da xalqlarımızın mənafelərinə uyğun olaraq dostluq və əməkdaşlıq ruhunda inkişaf edəcək və möhkəmlənəcəkdir.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Fələstin xalqına sülh və rifah diləyirəm".
Xəbər 414 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR