Prezident idmanın inkişafında xidmətləri olan şəxsləri təltif etdi - SİYAHI

Prezident idmanın inkişafında xidmətləri olan şəxsləri təltif etdi - SİYAHI

Prezident İlham Əliyev Azərbaycan Respublikasının idman mütəxəssislərinə "Əməkdar bədən tərbiyəsi və idman xadimi" fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycanda bədən tərbiyəsi və idmanın inkişafında xidmətləri olan aşağıdakı şəxslərə "Əməkdar bədən tərbiyəsi və idman xadimi" fəxri adı verilsin:
Həşimov İsmayıl Teymur oğlu
Demina Tanziliya Zaxarovna
Məmmədov Yaqub Əkbər oğlu
Məmmədov Vahid Şərafəddin oğlu
Əlimzanov Şamil Əhmədcanoviç
İbrahimov İbrahim Eldar oğlu
İşməmmədova Svetlana Bəşirovna.

Dövlət başçısının digər sərəncamı ilə Azərbaycanda idmanın inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilib:
Nərimanov Elşad Əhməd oğlu
Əliyev Elxan İzzət oğlu
Mircavadov Ağasəlim Seyidəhməd oğlu

Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Xəbər 326 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR