Prezident Gəncə Şəhər İcra Hakimiyyətinə 10 milyon manat ayırdı

Prezident Gəncə Şəhər İcra Hakimiyyətinə 10 milyon manat ayırdı

Prezident İlham Əliyev sentyabrın 26-da "Gəncə şəhərində yeni infrastruktur layihələrinin həyata keçirilməsi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.

Aktual.az  xəbər verir ki, Gəncə şəhərində abadlıq-quruculuq işlərini davam etdirmək, o cümlədən avtomobil yollarının əsaslı təmiri və şəhərin küçələrinin işıqlandırılması işlərini həyata keçirmək üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Gəncə Şəhər İcra Hakimiyyətinə 10 milyon manat ayrılıb.
 
Aktual.az 
Xəbər 293 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR