Prezident bir qrup şəxsi təltif etdi - SİYAHI

Prezident bir qrup şəxsi təltif etdi - SİYAHI

Prezident İlham Əliyev aprelin 3-də "Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin əməkdaşlarının "Tərəqqi” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Aktual.az xəbər verir ki, sərəncamla Azərbaycan Respublikasında avtomobil sənayesinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətlərinə görə "Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin aşağıdakı əməkdaşları "Tərəqqi” medalı ilə təltif edilib:
İsgəndərov Hümbət Rafiq oğlu
Qasımov Etibar Vilayət oğlu
Məmmədov Füzuli Ziyad oğlu
Səfərov Bəhlul Novruz oğlu
Dövlət başçısının digər sərəncamı ilə Azərbaycan Respublikasında avtomobil sənayesinin inkişafında xidmətlərinə görə Kamran Qılman oğlu Nəzərova "Əməkdar mühəndis” fəxri adı verilib.
Xəbər 362 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR