Prezident “ADEX 2016” beynəlxalq müdafiə sərgisini ziyarət etdi

Prezident “ADEX 2016” beynəlxalq müdafiə sərgisini ziyarət etdi

Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Azərbaycanda ikinci dəfə keçirilən “ADEX 2016” beynəlxalq müdafiə sərgisini ziyarət edib.

Azərbaycan prezidenti Müdafiə Sənayesi Nazirliyinin və sərgidə iştirak edən xarici ölkələrin pavilyonlarında olub.

Qeyd edək ki, “ADEX-2016” sərgisinə 34 ölkədən 216 şirkət, 19 ölkədən 25 rəsmi nümayəndə heyəti qatılıb. Ziyarətçi şirkət və qurumlarla birlikdə sərginin coğrafiyası 44 ölkəni əhatə edir. Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi tərəfindən “ADEX-2016” sərgisində 260 addan çox müdafiə təyinatlı məmulat nümayiş olunur. “ADEX-2016” sərgisi 27-30 sentyabr tarixlərində Bakı Ekspo Mərkəzində keçiriləcək.

Xəbər 585 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR