Pos-terminalların sayı azalıb

Pos-terminalların sayı azalıb

2017-ci il mayın 1-nə Azərbaycanda banklar tərəfindən 2493 ədəd bankomat quraşdırılıb ki, bu da ilin əvvəlinə olan göstəricidən 1,6% çoxdur.

Aktual.az  Mərkəzi Banka (AMB) istinadən xəbər verir ki, mayın 1-nə Bakıda 1357 ədəd (artım 2,6%), regionlarda 1136 ədəd bankomat (artım 0,35%) quraşdırılıb.

Yanvar-aprel aylarında respublika ərazisindəki ticarət və xidmət obyektlərində quraşdırılan pos-terminalların sayında azalma müşahidə olunub. Xüsusilə may ayının əvvəlinə onların sayı 70618 ədəd (azalma 1,65%) təşkil edib.

Bununla yanaşı, Bakıda 39836 ədəd (azalma 1,7%), regionlarda 30782 ədəd (azalma 1,6%) pos-terminal mövcuddur.

Pərakəndə ticarət obyektlərində 69706 ədəd pos-terminal və ya bütün pos-terminalların 98,7%-i quraşdırılıb.
 
Aktual.az
Xəbər 332 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR