Polşada güclü küləyin yaratdığı fəsadlar nəticəsində 5 nəfər ölüb

Polşada güclü küləyin yaratdığı fəsadlar nəticəsində 5 nəfər ölüb

Polşanın cənubunda güclü küləyin ağacları aşırması nəticəsində ikisi uşaq olmaqla beş nəfər ölüb.
Aktual.az xəbər verir ki, bu barədə "Associated Press” məlumat yayıb.
Regional yanğınsöndürmə xidmətinin sözçüsü bildirib ki, Rabka-Zdruy şəhərində iki qadın və 6 yaşlı uşaq ölüb.
Bundan başqa, Tatra dağlarının ətəyində yerləşən Zakopane şəhərində ağacın avtomobilinin üzərinə aşması sonucunda bir qadın həlak olub. Eyni şəhərdə başqa bir ağac uşağın üstünə aşaraq öldürüb.

Xəbər 113 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR