“Politico”: Ukrayna seçkilərə qədər ABŞ-dan əlavə maliyyə yardımı almaya bilər

“Politico”: Ukrayna seçkilərə qədər ABŞ-dan əlavə maliyyə yardımı almaya bilər

Amerikada prezident seçkilərinin keçiriləcəyi noyabr ayına qədər Ukrayna ABŞ-dan əlavə maliyyə yardımı almaya bilər.
Aktual.az xəbər verir ki, bu barədə "Politico” qəzeti amerikalı senatorlardan birinin ofisindəki mənbəyə istinadən məlumat yayıb.
Nəşrin həmsöhbəti bildirib ki, noyabr seçkilərinə qədər ukraynalıların ABŞ Konqresindən təxsisatlar kimi başqa nə isə alacağına əmin deyil. O, həmçinin Kiyevin gələcəkdə Vaşinqtonun köməyinə ehtiyac duyacağını da etiraf edib.
Qeyd edək ki, ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan bildirib ki, Ağ Ev ABŞ Konqresinin Ukrayna üçün ayırdığı 61 milyard dollar məbləğində vəsaitin 2024-cü il üçün kifayət edəcəyini gözləyir.

Xəbər 88 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR