Polis Qusarda oğurluq edənləri Bakıda yaxaladı

Polis Qusarda oğurluq edənləri Bakıda yaxaladı

Mayın əvvəlində köhnə tanışlar «şimal»a getmək qərarına gəliblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Aktual.az-a verilən məlumata görə, planları üzrə də hərəkət edən şəxslər Qubaya gediblər. Bir zərgərlik mağazasının qarşısında dayanıblar. Mağazadan çıxıb bayaqdan onları gözləyən avtomobilə əyləşən iki qadın nəzərlərini cəlb edib.

Avtomobil Qubadan çıxıb Qusar istiqamətinə hərəkət etməyə başlayıb. Təqib etdikləri avtomobil Qusar şəhərindəki mebel mağazalarından birinin qarşısında dayanıb. Əvvəlcə sürücü düşüb içəri keçib. Bir neçə dəqiqədən sonra mağazadan bayıra çıxıb bayaqdan onu gözləyən xanımlara əl yelləyərək düşüb gəlmələrini işarə edib.

Qadınların mağazaya girmələri ilə Turalın şüşəni sındırıb çantanı götürməsinin arasında heç bir dəqiqə vaxt keçməyib.

Mağazadan səsə çıxan alıcılar gördükləri mənzərədən şoka düşüblər. Çilik-çilik olmuş şüşə qırıntılarını gördükdə ilk öncə qəza olduğunu düşünüblər. Sonradan avtomobildə unutduqları əl çantantasının yoxa çıxdığını biləndə nə baş verdirini anlayıblar.

Polisə zəng vurublar. Yaradılmış əməliyyat-istintaq qrupu məlumatı alan kimi hadisə yerinə yollanıb. Ərazidəki bütün nəzarət kameraları bir-bir incələndi. Sakinlərlə söhbətlər aparıldı. İntensiv keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəxslər-Tural Hüseynov və Elməddin Quliyev müəyyənləşdirildi. Amma Qusarı çoxdan tərk etmişdilər. Davam etdirilən tədbirlər nəticəsində onlar Bakıda saxlanılaraq istintaqa təhvil verildilər. Hadisənin necə baş verməsinə gəlincə, onu demək olar ki, Tural və Elməddin, əsasən, xanım sürücüləri hədəfə alırlarmış. Hər cinayət törədənin bir üsulu olduğu kimi, bunların da özlərinə məxsus «dəsti-xətləri» varmış. İstintaqa verdikləri ifadələrindən məlum olub ki, qadınların avtomobildən düşərkən, adətən, əl çantalarını salonda qoymalarını, deməli, onlara aid qiymətli nə varsa, hamısının çantada olduğunu nəzərdən qaçırmayıblar. Pusquda durub bir göz qırpımında gözaltı etdikləri avtomobilə yaxınlaşıb, əvvəlcədən hazırladıqları qələmə oxşar ucu iynə kimi şiş alətlə yan şüşəni sındıraraq əllərinə keçən qiymətli nə varsa götürüb aradan çıxıblar.

İstintaqın gedişində bu şəxslərin Bakı şəhərində də analoji hadisələr törətmələri müəyyənləşdirilib.
 
Aktual.az
Xəbər 236 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR