“Pokemon Go” gündəlik milyonlarla gəlir gətirir

“Pokemon Go” gündəlik milyonlarla gəlir gətirir
  • DÜNYA

Hər gün “Nintendo” şirkəti “Pokemon Go” əlavəsinin sayəsində 2 milyon dollar gəlir əldə edir. 

Aktual.az-ın məlumatına görə, İKT.lent.az “runews24.ru” saytına istinadən yazır ki, statistika sutkada 700 min insanın mobil oyunu öz cihazına yüklədiyini göstərir.

Analitiklərin sözlərinə görə, bundan öncə “Nintendo” hər gün 16 milyon dollar gəlir əldə edib. Hazırda bu göstəricilər düşüb və bu, normaldır. 

“Pokemon Go” olduqca populyar oyun olub və onun ətrafında əsl ajiotaj müşahidə olunmaqdadır. Hazırda oyun stabil gəlir gətirir. Bundan başqa, şirkət yaranmış vəziyyətdən razıdır.

Statistika bu oyunun rəsmi təqdimatı olmayan ölkələri nəzərə almır. Çin, Cənubi Koreya və Rusiya barədə məlumatlar statistikaya daxil deyil. Ancaq “Nintendo” bu ölkələrdən də gəlir əldə edir.

Xəbər 243 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR