Piyadanı vurub öldürən avtobus sürücüsü həbs edildi

Piyadanı vurub öldürən avtobus sürücüsü həbs edildi

İdarə etdiyi avtobusla ağır yol qəzası törətməkdə təqsirləndirilən Əflatun Cəfərovun barəsindəki cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
 
 Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmünə əsasən  Ə. Cəfərov 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə iclas zalında həbs olunub.
Qeyd edək ki, yol qəzası ötən il Sabunçu rayonu ərazisində baş verib. Şəhər şosesində "İsuzu" markalı, 90 RJ 388 dövlət qeydiyyat nişanlı, 148 saylı marşrut avtobusunun sürücüsü Ə.Cəfərov yolu keçən 1940-cı il təvəllüdlü Yadigarov Şıxməmməd Xəlil oğlunu vurub. Avtobusun vurduğu piyada hadisə yerində ölüb.
Ş. Yadigarov təmizlik işçisi kimi fəaliyyət göstərib.
 
Aktual.az
Xəbər 280 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR