Peyvəndin paylanması əmrdən asılıdır

Peyvəndin paylanması əmrdən asılıdır

"Azərbaycana yeni gətirilən inaktivləşdirilmiş poliomielit peyvəndi fevral ayının ikinci on günlüyündən sonra rayon Gigiyena və Epidemiologiya mərkəzlərinə göndəriləcək. Bu proses səhiyyə naziri Oqtay Şirəliyevin vaksinin istifadə edilməsi ilə bağlı yaxın günlərdə imzalayacağı əmrindən sonra başlayacaq".

Aktual.az Report-aistinadən bildirir ki, bunu nazirliyin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (GEM) direktor müavini Afaq Əliyeva bildirib.

Onun sözlərinə görə, müvafiq əmrdən sonra rayon GEM-ləri vaksini yerlərdəki uşaq poliklinikalarına paylayacaq: "Bundan sonra isə vaksinin 6 ayı tamam olmuş uşaqlara yalnız bir dəfə vurulması planlaşdırılır".

Mərkəzin direktor müavini onu da qeyd edib ki, yanvarın 13-də Azərbaycana gətirilən inaktivləşdirilmiş poliomielit peyvəndi hazırda Səhiyyə Nazirliyinin İnnovasiya və Təchizat Mərkəzində saxlanılır: "Hollandiya istehsallı peyvənd 5 dozalı flakonda qablaşdırılıb. Vaksini hazırlayan şirkət "Bilthoven Biologicals"dır".

Xəbər 313 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR