"Petkim"in rəhbərliyinə daxil olan komitələrə yeni üzvlər seçilib


"Petkim Petrokimya Holding"in İdarə Heyətinin tərkibinə daxil olan komitələrə yeni üzvlər seçilib.

Aktual.az APA-ya istinadən bildirir ki, İdarə Heyətinin müstəqil üzvləri Metin Kilci və Mehmet Emin Birpınar Audit komitəsinin üzvləri seçilib.

İdarə Heyətinin müstəqil üzvü Mehmet Emin Birpınar, Fərrux Qasımov, Kənan Yavuz və daxili audit və investorlarla əlaqələr koordinatoru Mustafa Çağatay Korporativ idarəetmə komitəsinin üzvlüyünə qəbul ediliblər.

İdarə Heyətinin müstəqil üzvü Mehmet Emin Birpınar, Kənan Yavuz və Süleyman Qasımov Risklərin erkən müəyyən olunması komitəsinin üzvlüyünə seçilib.

Xəbər 421 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR