Peterburqda partladılan qatarın maşinisti mükafat alacaq

Peterburqda partladılan qatarın maşinisti mükafat alacaq

Sankt-Peterburq Metropoliteni ötən gün metrodakı partlayış zamanı qatarı idarə edən maşinistin mükafatlandırılacağını açıqlayıb.

Aktual.az Publika.az-a istinadən  xəbər verir ki, bu barədə Peterburq Metropoliteninin nümayəndəsi məlumat yayıb. Onun sözlərinə görə, məhz maşinistin peşəkarlığı sayəsində qurbanların sayı azalıb:
"Maşinist fövqəladə vəziyyətdə etdiyi hərəkətə görə mükafatlandırılacaq. Əgər maşinist qatarı platformaya çatdırmasaydı, onda qapalı tuneldə partlayış daha böyük fəsadlara və insan tələfatına yol açacaqdı”.
1966-cı il təvəllüdlü maşinistin Peterburq metrosunda 15 illik təcrübəsi olduğu, 2006-cı ildən isə "birinci dərəcəli maşinist” statusunda işlədiyi bildirilir. Metropoliten nümayəndəsi maşinistin statusunu "ən yüksək kateqoriya” adlandırıb.
Qeyd edək ki, ötən gün Peterburq metrosunda baş verən terakt nəticəsində rəsmi məlumata görə 11 nəfər ölüb, 45 nəfər yaralanıb.
 
Aktual.az 
Xəbər 383 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR