Peskov: Putin Trampla görüşməyə hazırdır

Peskov: Putin Trampla görüşməyə hazırdır
  • DÜNYA

Rəsmi Moskva ABŞ administrasiyasının Rusiya və Amerika prezidentlərinin planlaşdırılan görüşünü ləğv etməsi barədə qərar qəbul etməsindən təəssüflənir.


"Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiya liderinin mətbuat katibi Dmitri Peskov deyib.

"ABŞ administrasiyasının iki ölkə prezidentinin Buenos-Ayresdəplanlaşdırılan görüşünü ləğv etmək barədə qərarına təəssüflənirik. Bu, beynəlxalq və ikitərəfli gündəlikdə olan ciddi məsələlərin müzakirəsinin qeyri-müəyyən müddətə təxirə salınması deməkdir. Rusiya prezidenti Vladimir Putinə gəldikdə isə, o, amerikalı həmkarı ilə əlaqə qurmağa hazırdır", - deyə o bildirib.

 
Aktual.az
Xəbər 337 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR