Peskov: “Ermənistan və Azərbaycanın sülh müqaviləsi üzrə razılığa gəlməsi vacibdir”

Peskov: “Ermənistan və Azərbaycanın sülh müqaviləsi üzrə razılığa gəlməsi vacibdir”

Rusiya Ermənistan-Azərbaycan nizamlanması prosesində mühüm rol oynamaqda davam edir və bundan sonra da bu istiqamətdə kömək edəcək.
Bu barədə jurnalistlərə Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

O bildirib ki, heç kim Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasını hansısa tarixə bağlamağa çalışmır, əsas odur ki, bu sənəd imzalansın.
Peskov əlavə edib ki, Ermənistan və Azərbaycanın sülh müqaviləsi üzrə razılığa gəlməsi vacibdir və hamı bunun üçün bir-biri ilə rəqabət aparmadan səy göstərməlidir.
Rusiya Prezidentinin mətbuat katibi onu da qeyd edib ki, Ermənistan hər şeyin razılaşdırılmamasına baxmayaraq, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) qalacaq.

Xəbər 197 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR