“Peşəkar jurnalist” Virtual Təlim Mərkəzinin üzvləri "APA Holding"də olublar

“Peşəkar jurnalist” Virtual Təlim Mərkəzinin üzvləri

“Qloballaşmada Gənclərin Milli-Əxlaqi Dəyərlərinin Qorunması Mərkəzi” İctimai Birliyi Azərbaycan Gənclər Fondunun dəstəyi ilə “Peşəkar jurnalist” Virtual Təlim Mərkəzinin üzvləri "APA Holding"də olublar. 
 

Aktual.az-ın məlumatına görə,  gənc jurnalistlər "APA Holding" rəhbəri Vüsalə Mahirqızı ilə görüşüblər. 
 

“Peşəkar jurnalist” Virtual Təlim Mərkəzi lahiyəsinin koordinatoru Aqil Ələsgər layihənin məqsədi barədə məlumat verib. Daha sonra V. Mahirqızı şirkətin iş prinsipləri barədə danışıb. O, gənc jurnalistləri maraqlandıran sualları da cavablandırıb. 


Daha sonra jurnalistlər "APA Holding"in redaksiyası və iş şəraiti ilə tanış olublar.

Xəbər 267 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR