“Peşəkar jurnalist” Virtual Təlim Mərkəzi TRT, “Trend” və “Anadolu”da görüş keçirdi

“Peşəkar jurnalist” Virtual Təlim Mərkəzi TRT, “Trend” və “Anadolu”da görüş keçirdi

“Qloballaşmada Gənclərin Milli-Əxlaqi Dəyərlərinin Qorunması Mərkəzi” İctimai Birliyi Azərbaycan Gənclər Fondunun dəstəyi ilə “Peşəkar jurnalist” Virtual Təlim Mərkəzi təlimlərini davam etdirir. Gənc KİV işçilərinin peşə hazırlığının yüksəldilməsinə,  onların nəzəri biliklərinin təcrübü bacarıqlara çevrilməsinə, şəbəkələşmə yolu gənc jurnalistlər arasında peşəkar və müasir jurnalistikanın tələblərinin təbliği və tədrisinə, media təhlükəsizliyinində milli maraqlar amilinə xidmət edən lahiyə çərçivəsində nüfuzlu media mütəxxəssisləri və rəhbərləri ilə görüşlər keçirilib.

Bu gün gənc jurnalistlərlə “Trend” İnformasiya Agentliyi, TRT-nin Bakı Təmsilçiliyi və “Anadolu” Xəbər Agentliyində görüşlər keçirilib.

13524576_637543053069910_662356699063779653_n

“Trend” İnformasiya Agentliyinin  redaksiyası və iş şəraiti ilə tanış olduqdan sonra, Agentliyin baş direktor müavini Arzu Nağıyev informasiya təhlükəsizliyi mövzusunda mühazirə ilə çıxış etdi. Jurnalistlərlə sual-cavab şəraitində keçən görüş zamanı müasir media problemlərinə toxunuldu.

13445780_637540633070152_7879314155139440462_n

Daha sonra TRT-nin Bakı Təmsilçiliyində olan gənc jurnalistləri təmsilçiliyin rəhbəri Yıldıray Arslan qarşıladı. Televiziyaçılıq və TRT təcrübəsi barədə geniş məlumat verən Yıldıray Arslan gənc KİV işçilərinin müasir jurnalistikanın müxtəlif qolları üzrə nəzəri biliklərini təkmilləşdirilməsinə və gənc jurnalistlərin nəzəri biliklərini praktik bacarıqlara çevirməsinə yardımçı olacaq beynəlxalq təcrübəni nümunələrlə izah etdi.

IMG_9874

IMG_9878

IMG_9882

Son olaraq, “Anadolu” Xəbər Agentliyini ziyarət edən “Peşəkar jurnalist” Virtual Təlim Mərkəzinin üzvləri Türkiyənin xəbər agentliyinin iş prosesi ilə tanış oldular. Jurnalistləri qarşılayan agentliyin əməkdaşı Ruslan Rəhimov “Anadolu”nun tarixi və günlük fəaliyyəti ilə bağlı müfəssəl məlumat verdi.

IMG_9896

IMG_9888

Qeyd edək ki, “Peşəkar jurnalist” Virtual Təlim Mərkəzi lahiyəsinin rəhbəri Anar Yusifoğlu, koordinatoru Aqil Ələsgərdir.

Xəbər 683 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR