Penitensiar Xidmətin yeni rəisi kim olacaq?

Penitensiar Xidmətin yeni rəisi kim olacaq?

Məlum olduğu kimi, Prezident İlham Əliyevin fərmanı ilə Eldar Mahmudov milli təhlükəsizlik naziri vəzifəsindən azad edildi. Baş Prokurorluq Milli Təhlükəsizlik Nazirliyinin yeddi vəzifəli əməkdaşının törətdiyi cinayət əməllərinə görə həbs olunduğuna dair məlumat yaysa da, onların kimliyini gizli saxladı.

Aktual.az Trend-ə istinadən xəbər verir ki, apardığımız araşdırmalar zamanı məlum oldu ki, MTN-in Monitorinq Mərkəzinin rəisi, general-mayor Teymur Quliyev, nazirliyin Əməliyyat-texniki idarəsinin rəisi, general-mayor Natəvan Mürvətova, MTN-in Antiterror Mərkəzinin rəis müavini, polkovnik İlqar Əliyev, Transmilli İqtisadi Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin şöbə rəisi, polkovnik Fizuli Əliyev, nazirliyin Monitorinq Mərkəzinin əməkdaşı Fərhad Atayev və Mərkəzin digər iki əməkdaşı həbs olunanlar arasındadır.

Ölkə gündəmini zəbt edən MTN-çilərin həbsi mövzusuna maraq artdıqca, "yeni nazir kim olacaq" sualı da aktuallığını qoruyub saxlayır.

Dünən Prezident İlham Əliyevin sərəncamı ilə ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi, Azərbaycanın Milli Qəhrəmanı, ədliyyə general-leytenantı Mədət Quliyev milli təhlükəsizlik nazirinin birinci müavini təyin olundu. Eyni zamanda yeni nazir təyinatı olana qədər nazir səlahiyyətlərinin icrası da M.Quliyevə həvalə edildi. Prezident daha bir fərmanla Milli Təhlükəsizlik Nazirliyinin strukturunda dəyişikliklər etdi.

Xatırladaq ki, M.Quliyev Penitensiar Xidmətə rəhbər təyinatı alana qədər 28 il polis orqanlarında çalışıb və Daxili İşlər Nazirliyi sistemində yüksək vəzifələr tutub. Məhz bu amil onun vəzifə yerdəyişməsi ilə bağlı boş qalan yerinə təyin ediləcək yeni rəhbərin də polis sistemindən gələcəyi ehtimalını artırır.

Etibarlı mənbələrdən əldə etdiyimiz məlumata görə, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin rəisi vəzifəsinə əsas namizəd Nəsimi rayon Polis İdarəsinin rəisi Sahib Mirzəyevdir. S.Mirzəyev uzun müddətdir polis sistemində çalışır və bundan öncə Sumqayıt şəhər Polis İdarəsinin rəisi olub.

Eyni zamanda Penitensiar Xidmətin rəis müavini, ədliyyə general-mayoru Nizaməddin Cəlilovun bu vəzifəyə təyinat almaq ehtimalı yüksəkdir.

Bütün hallarda vəzifə təyinatları ilə bağlı qərarlar Prezidentin səlahiyyətinə aid olan məsələdir və bizə yalnız gözləmək qalır.

Xəbər 1001 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR