Pele dünya çempionatına qatılmaqdan imtina edib

Pele dünya çempionatına qatılmaqdan imtina edib

Braziliyalı əfsanəvi futbolçu Pele Rusiyada keçiriləcək dünya çempionatına qatılmaqdan imtina edib.

Aktual.az  report-a istinadən xəbər verir ki, 78 yaşlı veteran hücumçu səhhətindəki problemlə əlaqədar DÇ-2018-in oyunlarına gedə bilməyəcək. 
Pele 2016-cı ildə Braziliyada keçirilmiş Yay Olimpiya Oyunlarında da iştirak edə bilməyib. O, səhhətindəki problemləri əsas gətirərək olimpiya məşəlini yandırmaq təklifini qəbul etməyib. Braziliyalı ulduz 2012-ci ildə osteoxondroz xəstəliyinə görə cərrahi müdaxiləyə ehtiyac duyub. Lakin bu əməliyyat fəsad verib.  
Pele Braziliya milli komandası ilə 3 dəfə dünya çempionu olub və FİFA tərəfindən əsrin oyunçusu seçilib.
Qeyd edək ki, dünya çempionatı 14 iyun - 15 iyulda Rusiyanın 11 şəhərindəki 12 stadionda keçiriləcək. 
 
Aktual.az
Xəbər 132 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR