Paytaxda peyvənd qıtlığı varmı? - Araşdırma

Paytaxda peyvənd qıtlığı varmı? - Araşdırma

Son günlər sosial şəbəkələrdə peyvənd çatışmazlığı ilə bağlı məlumatlar yayılır.

Aktual.az xəbər verir ki, yolxucu xəstəliklərin qarşısını almaq məqsədi ilə uşaqlara vurulan peyvəndlərin hazırda poliklinikalara verilmədiyi bildirilir. Peyvəndlər təqviminə əsasən Hepatit B üzrə peyvənd uşaq doğulduqdan sonra 12 saat ərzində, BCJ, OPV doğulduqdan 4-7 gün, GDTHibHepB, OPV, Pk 2 ay, GDTHibHepB, OPV 3 ay, GDTHibHepB, OPV, Pk 4 ay, Pk, İPV 6 ay, QPM, Vitamin A 12 ay, GDT, OPV, Vitamin A 18 ay sonra, QPM, ADT, Vitamin A 6 yaşda vurulmalıdır.

Biləcəri qəsəbəsi- 3 saylı Uşaq Poliklinikasından AzNews.az-a verilən məlumata görə, hazırda bu tibb müəssisəsində uşaqlar üçün nəzərdə tutulan bütün peyvəndlər var: "Peyvəndlə bağlı problemimiz yoxdur. Yeganə problemimiz "mantu" peyvəndi ilə bağlıdır. Heç bir poliklinikada "mantu" peyvəndi yoxdur. Çünki bunu mərkəzləşdirilmiş qaydada poliklinikalardan alıb vərəm xəstəxanalarına veriblər.”

6 saylı Uşaq Poliklinikasında da uşaqlar üçün nəzərdə tutulan peyvəndlərin hamısının olduğu qeyd olunub: "Poliklinikamızda bütün peyvəndlər var. Amma "mantu" yoxdur. Ümumiyyətlə, "mantu" poliklinikalardan yığışdırılıb. Bu peyvənd vərəm dispanserlərinə verilib.”
 
Aktual.az
Xəbər 649 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR