Payız tətili başladı

Payız tətili başladı

Bu gündən Azərbaycanda fəaliyyət göstərən orta ümumtəhsil məktəblərində payız tətili başlayıb.

Aktual.az report-a istinadən xəbər verir ki, 2015-2016-cı tədris ilində nəzərdə tutulan 5 günlük tətil noyabrın 20-də bitəcək.

Xatırladaq ki, 5 gün qış tətili 27-31 yanvar tarixlərində olacaq. İbtidai siniflər üçün isə 5 günlük - 1-5 may əlavə yaz tətili müəyyən edilib.

Yaz tətili, əsasən, Novruz bayramı ilə üst-üstə düşür. Azərbaycanda rəsmi olaraq Novruz bayramının 5 gün qeyd edildiyi nəzərə alınaraq, ibtidai siniflər istisna olmaqla, digər siniflər üçün əlavə yaz tətili müəyyən edilməyib.

Qeyd edək ki, bu tədris ilindən etibarən məktəblərdə dərslər mayın 31-də deyil, iyunun 14-də başa çatacaq.

Xəbər 564 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR