Paşinyanın görüşü bizdə narahatlıq doğurur - Zaxarova

Paşinyanın görüşü bizdə narahatlıq doğurur - Zaxarova

Aprelin 5-nə planlaşdırılan Ermənistan-AB-ABŞ görüşü Moskvada narahatlıq doğurur.
Aktual.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova deyib.
"Bu cür hadisələr Rusiyada narahatlıq doğurur, çünki ABŞ və AB nümayəndələri tərəfdaşlarımıza birbaşa deyirlər ki, onların əsas diqqəti yalnız Rusiyaya qarşıdır. Bunu elə açıq deyirlər”, - Zaxarova bildirib.
Onun sözlərinə görə, Ermənistan bütün dünyanın gözü qarşısında erməni xalqının köklü maraqlarına tamamilə zidd olan kollektiv Qərbin son dərəcə təhlükəli planlarının həyata keçirilməsi üçün alətə çevrilir.
Xəbər 140 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR