Paşinyanın bloku erkən parlament seçkilərində qalib gəlib

Paşinyanın bloku erkən parlament seçkilərində qalib gəlib
  • DÜNYA

Ermənistanın baş naziri vəzifələrinin icraçısı Nikol Paşinyanın "Mənim addımım” bloku ölkənin bütün 2010 seçki məntəqəsindəki bülletenlərin hesablanmasından sonra səslərin 70,43%-ni toplayır. Həmçinin seçkilərin yekununa görə, "Çiçəklənən Ermənistan” və (8,27% səs) "İşıqlı Ermənistan” (6,37% səs) partiyaları parlamentə keçir.

"Report” xəbər verir ki, bu barədə bazar ertəsi Ermənistan Mərkəzi Seçki Komissiyası məlumat yayıb.
Keçmiş hakim Ermənistan Respublika Partiyası 4,7 faiz səs toplayaraq 5 faiz həddini aşa bilməyib. "Daşnaksutün” fraksiyası seçicilərin 3,89% səsini toplaya bilib.
 
Aktual.az
Xəbər 258 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR