Paşinyanın aparat rəsmisinin saxtakarlığı İFŞA OLUNDU

Paşinyanın aparat rəsmisinin saxtakarlığı İFŞA OLUNDU

Ermənistanın baş naziri Nikol Paşinyanın aparatının rəhbərin müavini Taron Çaxoyan feysbukdakı səhifəsində 2017-ci ildə paylaşılmış fotonu paylaşaraq, müxtəlif tullantıların, zibillərin əks olunduğu şəklin "dünən" Yerevanın müxalifət tərəfindən blokdan çıxarılmış Baqramyan prospektində çəkildiyini iddia edib.
 
Bu barədə "RİA Novosti” xəbər verir.
 
"Sirli şəkil. Baqramyanın prospekti bu gün", - deyə Çaxoyan tullantıların yer aldığı şəkillə bağlı yazıb. Onun paylaşımı xeyli sayda bəyənmə və şərh yığıb.
 
Lakin sonra sosial şəbəkə istifadəçiləri şəklin orijinalını tapıblar. Məlum olub ki, fotonu 25 sentyabr 2017-ci ildə Ukrayna saytı yayıb.
 
Çaxoyan bundan sonra paylaşımını silib və üzr istəyib. Ancaq buna baxmayaraq onun paylaşımı sosial şəbəkələrdə ciddi müzakirə mövzusu olub.



Modern.az
 
Xəbər 287 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR