Paşinyan türk liderlə görüşdən sonra açıqladı: Bakı ilə sülh...

Paşinyan türk liderlə görüşdən sonra açıqladı: Bakı ilə sülh...

Ermənistan Azərbaycanla əvvəllər razılaşdırılmış prinsiplər çərçivəsində sülh sazişi imzalamağa hazırdır.
Aktual.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvanda Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayevlə danışıqlardan sonra deyib.
"Həmkarıma Azərbaycanla aparılan son danışıqları təqdim etdim, İrəvanın Ermənistan və Azərbaycan arasında razılaşdırılmış üç prinsip əsasında regionda sabitlik və sülhün bərqərar olmasına hazır olduğunu təsdiqlədim. Bu, 1991-ci il Almatı bəyannaməsinin müddəaları əsasında ərazi bütövlüyünün qarşılıqlı tanınması, Ermənistanla Azərbaycan arasında qarşılıqlı delimitasiyanın həyata keçirilməsi, habelə dövlətlərin suverenliyinə və yurisdiksiyasına hörmət, qarşılıqlı və bərabərlik prinsipləri əsasında regional infrastrukturların açılmasıdır. Sonuncu kontekstdə Ermənistan hökumətinin təklif etdiyi və reallaşınca regionda vəziyyəti kökündən dəyişə biləcək "Sülh qovşağı” layihəsi barədə danışdıq”, - o bildirib.
Xəbər 208 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR