Paşinyan Rəisi ilə sərhəd döyüşlərini müzakirə etdi

Paşinyan Rəisi ilə sərhəd döyüşlərini müzakirə etdi

Ermənistanın Baş naziri Nikol Paşinyan İran Prezidenti İbrahim Rəisi ilə görüşüb.
 
Aktual.az xəbər verir ki, görüş BMT Baş Assambleyası çərçivəsində baş tutub.
 
Görüş zamanı Ermənistan-Azərbaycan sərhədində baş verən son insident müzakirə edilib.
 
Rəisi İranın hadisələri diqqətlə izlədiyini qeyd edib. O bildirib ki, regiondakı bütün problemlər yalnız sülh yolu ilə həll edilməlidir. 
 
Xatırladaq ki, sentyabrın 12-13-də Ermənistan bütün sərhədboyu təxribat törədib. Bu təxribat nəticəsində baş vermiş döyüşlər nəticəsində Azərbaycan Ordusunun 80 hərbçisi şəhid olub, 281-i yaralanıb.

Ermənistan tərəfi isə 207 hərbçisinin öldüyü və itkin düşdüyünü, 293 nəfərin yaralandığını bəyan edib.


Xəbər 350 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR